Azərbaycan, Bakı, 30 aprel /Trend/
KATV1 kabel televiziya operatoru Humay mükafatına layiq görülüb.
Trend xəbər verir ki, "Humay" milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib. Azərbaycan televiziyasının inkişafına verdiyi töhvələrə görə, abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə "AG Telekom" MMC-KATV1" kabel televiziya operatoruna mükafatı təqdim edilib.
"Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan "Humay" milli mükafatının 25-ci təqdimat mərasimində KATV1 kabel televiziya operatoru yüksək səviyyədə təmsil olunub və Azərbaycan televiziyasının inkişafına verdiyi töhvələrə görə, abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə mükafata layiq görülüb. Artıq 10 ildir ki fəaliyyətdə olan şirkət yüksək templə inkişaf edərək ölkə sakinlərinə yüksək keyfiyyətdə televiziya və İnternet xidməti göstərir. KATV1 kabel televiziya operatoru üçün bu 2014-cü il çox uğurlu olub. Şirkət bir neçə müştəri xidmətləri mərkəzləri açmaqla yanaşı, öz İnternet şəbəkəsini genişləndirərək əhalinin sıx yaşadığı əksər ərazilərdə xidmət göstərməyə başlamışdır. Həmçinin, şirkətin yeni məhsulu Myvideo.az il ərzində ən çox daxil olunan saytlar arasında ilk pillələri tutmaqdadır.
Qeyd edək ki, hal-hazırda KATV1 kabel televiziya operatorunun Bakı, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində fəaliyyət göstərən 17 müştəri xidmət mərkəzi vardır. Abunəçilərin şirkətin xidmətləri ilə əlaqədar istənilən suallarını cavablandırmaq üçün 127 zəng mərkəzi həftənin yeddi günü və bütün sutka boyu fəaliyyət göstərir.