...

Azərbaycanda kiberhücumlardan qorunmaq üçün kommersiya xidməti işə salınıb

Telekommunikasiya Materials 5 May 2015 00:30 (UTC +04:00)
Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti iqtisadiyyatın özəl sektoru üçün DDoS-hücumlarından qorunmaq üçün kommersiya xidmətini işə salıb.
Azərbaycanda kiberhücumlardan qorunmaq üçün kommersiya xidməti işə salınıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti iqtisadiyyatın özəl sektoru üçün DDoS-hücumlarından qorunmaq üçün kommersiya xidmətini işə salıb. Bunu Trend-ə şirkətdən deyiblər.

Hücumlardan müdafiə "Arbor Networks" proqram-aparat kompleksləri səviyyəsində təşkil edilib. Müdafiə sistemi müəssisələrin serverlərinin və infrastrukturunun təhlükəsizliyini təmin etməyə imkan verir.

Şirkətdən bildiriblər ki, servisin dəyəri şirkətlərdə istifadə edilən internet-kanalların tutumundan asılı olaraq formalaşır: "Bundan başqa özəl biznes informasiya sistemlərinin kənar müdaxilələr üzrə çoxsəviyyəli müdafiə imkanı əldə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti