...

Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb

Telekommunikasiya Materials 3 İyun 2015 02:25 (UTC +04:00)
Energetika Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və “TransEuroCom” stasionar rabitə operatorunun daxili informasiya sistemləri dövlət ödəniş portalının (gpp.az) platformasına qoşulub.
Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Energetika Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və "TransEuroCom" stasionar rabitə operatorunun daxili informasiya sistemləri dövlət ödəniş portalının (gpp.az) platformasına qoşulub. Bu barədə Trend-ə ölkənin telefommunikasiya bazarındakı mənbə məlumat verib.

Qurumların portala qoşulması vətəndaşlara həmin strukturlara aid ödənişləri həyata keçirməyə imkan yaradacaq.

Ödənişləri plastik kart vasitəsilə və ya istənilən bank və poçt şöbəsində nağd ödəmək olar.

Qeyd edək ki, hazırda portala qoşulan dövlət qurumlarının arasında İqtisadiyyat və Sənaye Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Azərbaycan İpoteka Fondu da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti