...

Azərbaycanda vahid IP-xidmət platforması yaradılıb

Telekommunikasiya Materials 3 İyul 2015 02:15 (UTC +04:00)
Azərbaycanda IMS-ın (IP Multimedia Subsystem) baş stansiyası yaradılıb.
Azərbaycanda vahid IP-xidmət platforması yaradılıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda IMS-ın (IP Multimedia Subsystem) baş stansiyası yaradılıb. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Operatorlara müştərilərin tələbatlarının dəyişməsinə operativ reaksiya verməyə və multimedia xidmətlərinin tətbiqinə ayrılan müddətin azaldımasına imkan yaradan IMS arxitekturası regional DATA mərkəzinə əsaslanır.

IMS platforması respublika ərazisində işə salınmış bütün operator stansiyaları üçün birləşdirici halqa funksiyasını yerinə yetirəcək.

IMS-in funksiyalarından biri mobil şəbəkənin siqnalının fiksasiya edilmiş telefoniya şəbəkəsinə avtomatik ünvanlandırılmasıdır.

Yeni platforma operatorlara vahid IP infrastrukturu vasitəsilə məlumatların ötürülməsi, səs və media xidmətləri əsasında kompleks xidmət və servislər təqdim etməyə imkan verəcək.

Kontentə çıxış genişzolaqlı şəbəkələr vasitəsilə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti