...

Azərbaycan rəqəmsal TV-nin əhatəsini genişləndirir

Telekommunikasiya Materials 5 Avqust 2015 08:00 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Azərbaycanın rayonlarında gücü az olan 7 yeni rəqəmsal televiziya ötürücü aparatı quraşdıracaq.
Azərbaycan rəqəmsal TV-nin əhatəsini genişləndirir

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Azərbaycanın rayonlarında gücü az olan 7 yeni rəqəmsal televiziya ötürücü aparatı quraşdıracaq.

İB-dən Trend-ə bildiriblər ki, yeni ötürücü aparatlar Şabran, Quba, Lerik və Qazax rayonlarının rəqəmsal TV siqnalının qəbulunun aşağı olduğu yaşayış məntəqələrində quraşdırılacaq.

Ötürücü aparatların yerləşmə yeri rəqəmsal TV siqnalının əhatə dairəsinin monitorinqinin nəticələri üzrə müəyyənləşdirilib. Monitorinq Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri ilə birgə aparılıb. Ötürücü aparatların quraşdırılması IV rübün başlanğıcında gözlənilir.

Qeyd edək ki, hazırda ölkənin yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV ilə əhatə olunub. Azərbaycanda rəqəmsal TV-yə keçid 2015-ci ilin lI yarısında gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti