...

Azərbaycanın sosial şəbəkəsi və internet messenceri olacaq

Telekommunikasiya Materials 25 Sentyabr 2015 22:00 (UTC +04:00)
Azərbaycanın proqram təminatçısı "Dilmanc" şirkəti "AzNET" auditoriyası üçün sosial şəbəkə yaratmağı planlaşdırır.
Azərbaycanın sosial şəbəkəsi və internet messenceri olacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın proqram təminatçısı "Dilmanc" şirkəti "AzNET" auditoriyası üçün sosial şəbəkə yaratmağı planlaşdırır. Bunu Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.

Onun sözlərinə görə, artıq yaradılmasına başlanılan milli axtarış sisteminin konturları hazırlandıqdan sonra layihənin reallaşdırılması nəzərdə tutulur.

Ə.Fətullayev bildirib ki, təəssüf ki, hər iki layihəni paralel reallaşdırmaq imkanımız yoxdur: "Axtarış sisteminin müəyyən parametrlərinin sosial şəbəkə ilə uyğun gəldiyini nəzərə alsaq, demək olar ki, sonuncunun yaradılması əlavə fəaliyyət tələb etməyəcək. Bundan başqa, axtarış sistemi və sosial şəbəkəyə inteqrasiya ediləcək öz messencerimizi yaratmalıyıq. Messencerimiz ölkə daxilində "WhatsApp"da olmayan daha geniş funksiyalara malik olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti