...

Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı

Telekommunikasiya Materials 8 Noyabr 2015 17:06 (UTC +04:00)
2015-ci ilin noyabrın 4-nə ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi oktyabrın əvvəli ilə müqayisədə 50 faiz artaraq 180 Gbit/saniyə təşkil edib.
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

2015-ci ilin noyabrın 4-nə ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi oktyabrın əvvəli ilə müqayisədə 50 faiz artaraq 180 Gbit/saniyə təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin statistik hesabatda deyilir.

Şəbəkənin yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişilir və ən böyük yüklənmə axşam saatlarına (saat 20:00 - 23:00, 180 Gbit/saniyə) düşür. Gündüz saatlarında bu göstərici 20 Gbit/saniyəyə qədər azalır.

"Delta Telecom"un məlumatına əsasən, oktyabrda xaric olan trafikin həcmi 30 Gbit/saniyə təşkil edib. Bu göstərici sutkanın günorta saatlarında 1 Gbit/saniyəyədək azalır.
"Delta Telecom" şirkətinin trafiki 27 telekommunikasiya operatoru (dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və digərləri) arasında bölüşdürülür.

Noyabrın 4-nə olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan internet-trafikin daha böyük həcmi "BakinterNet" dövlət internet-provayderinin (30,9 faiz) payına düşür. İkinci yeri 21,8 faizlik payla "Aztelekom", üçüncü yeri isə 8,1 faizlik payla "Unine" ("Stream" ticarət markası) tuturlar.

Yerdə qalan 39,2 faiz "AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford" ("Connect" ticarət markası), "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom" arasında bölüşdürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti