Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti qoşulma xətlərinin birində baş vermiş yanğından sonra elektrik şəbəkəsindəki problemlərə görə, DATA mərkəzin ehtiyat sistemini istifadə etmək mümkün olmayıb. Bunu Trend-ə şirkətdən deyiblər.
Şirkətdən bildiriblər ki, elektrik şəbəkəsindəki problemlərlə əlaqədar yüksək voltlu hissəni və ayrı-ayrı yarımstansiyaları söndürmək məcburiyyətində qaldıq.
Qeyd edək ki, ötən gün Azərbaycanın demək olar bütün ərazisində internet kəsilmişdi.