...

SimSim abunəçiləri üçün 40%-lik endirim

Telekommunikasiya Materials 3 Fevral 2016 17:25 (UTC +04:00)
"Azercell" yeni sərfəli Kombo tarif paketini istifadəyə verdi.
SimSim abunəçiləri üçün 40%-lik endirim

Bakı. Trend:

4,5 milyonluq abunəçi ailəsi ilə ölkənin lider mobil operatoru "Azercell Telekom" 2016-cı il üçün hazırladığı yenilikləri təqdim etməkdə davam edir.

Şirkət növbəti dəfə Fakturasız Xətt (SimSim) Abunəçilərini yeni tarif paketi ilə sevindirir. Belə ki, 2 fevral tarixindən etibarən Azercell Fakturasız Xətt abunəçilləri üçün yeni KOMBO tarif paketi istifadəyə verildi. İki paketden (Kombo 8 və Kombo 16) ibarət olan Kombo tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.

Rahatliq - Kombo paketlərində dəqiqə, internet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini, SMS və mobil internet paketini birdəfəyə alacaqlar.

Qənaət - Kombo paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət edirlər. Kombo paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40% endirimlə təklif olunur.

Daha bir üstünlük isə şəbəkədaxili SMS-in limitsiz olmasıdır. Yəni bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili SMS göndərmək imkanı qazanırlar.

Kombo 8

Kombo 16

Paketdaxili həcm bitdikdən sonra hər 1dəq/1mb üçün istifadə, AZN

Paketin aylıq qiyməti

8 AZN

16 AZN

-

Şəbəkədaxili zəng

200 dəq

400 dəq

0.05

İnternet

500 MB

1500 MB

0.10

Şəbəkədaxili SMS

LİMİTSİZ

LİMİTSİZ

-

Şəbəkəxarici zəng

-

-

0.05

Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi birdəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki, ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. Kombo tarif paketinə qoşulmaq üçün abunəçilər Kombo 8 və ya Kombo 16 açar sözünü yazıb 7575-ə göndərə bilər.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti