...

Beynəlxalq "Təhlükəsiz internet günü" münasibətilə treninq keçirilib

Telekommunikasiya Materials 9 Fevral 2016 20:24
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə treninq keçirib
Beynəlxalq "Təhlükəsiz internet günü" münasibətilə treninq keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilati dəstəyi ilə Beynəlxalq "Təhlükəsiz internet günü" və "Fərdi məlumatların mühafizəsi günü" münasibətilə treninq keçirilib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, tədbir "Yaxşı internet üçün öz töhfəni ver" şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi" mövzusuna həsr olunub.

Treninqin məqsədi RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində maarifləndiməni genişləndirilmək, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaqdır.

Tədbir nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirlib. Tədbirə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdə fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris mərkəzləri onlayn video-konfrans vasitəsilə qoşulublar.

Tədbirdə RYTN-in Elektron Təhlükəsizlik Mərkəzi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, "Təhlükəsiz internet günü" Avropa Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi "INSAFE" tərəfindən 2004-cü ildə təsis edilib və hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü qeyd edilir. Məqsəd bütün dünyada gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaqla sahə üzrə maarifləndirməni həyata keçirməkdir. Bu beynəlxalq tarix isə RYTN tərəfindən 2010-cu ildən etibarən qeyd olunur.

"Fərdi məlumatların mühafizəsi günü" isə Avropa Şurasının təşəbbüsü ilə 2007-ci ildən hər il 28 yanvar tarixində bütün dünyada qeyd edilir. Əsas məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaq, habelə şəbəkə istifadəçilərini onların virtual və real həyatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə təlimatlara riayət etməyə çağırmaqdır. Belə ki, məhz həmin gün - 28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən Strasburq şəhərində "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilib. Azərbaycan da sözügedən Konvensiyaya qoşulub. Bu beynəlxalq tədbir RYTN tərəfindən 2011-ci ildən etibarən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti