...

"Nar" Gəncədə yeni satış və xidmət mərkəzini açıb (FOTO)

Telekommunikasiya Materials 3 Mart 2016 14:00 (UTC +04:00)
“Nar” qərb bölgəsində yeni konseptinə uyğun növbəti Satış və Xidmət Mərkəzini açıb.
"Nar" Gəncədə yeni satış və xidmət mərkəzini açıb (FOTO)

Bakı. Trend:

"Nar" qərb bölgəsində yeni konseptinə uyğun növbəti Satış və Xidmət Mərkəzini açıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Atatürk prospekti 261 ünvanda açılmış yeni mərkəz Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan "Nar" bu dəfə də istifadəçilərin istəklərinə yönəlik bir sıra addımlar atdı.

Açılış zamanı mobil operatorun genişləndirilmiş şəbəkəsi, ən sərfəli tarif və kampaniyaları barədə geniş məlumat verildi. Gəncəlilər qısa müddət ərzində 2 dəfə böyümüş şəbəkə sayəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, abunəçilərin tələblərinə cavab verən sərfəli qiymət və yüksək keyfiyyətli xidmət strategiyası haqqında məlumatlandırıldılar.

Hazırda ölkədə 4 "Nar" satış-xidmət mərkəzi və 25 "Nar dünyası" mağazası, eləcə də çoxlu sayda "Nar" diler dükanları fəaliyyət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz: https://www.nar.az/pages/default/pageName=about_us_nar_points/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti