...

Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb (FOTO)

Telekommunikasiya Materials 5 May 2016 14:39 (UTC +04:00)
Mayın 5-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşüb.
Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Mayın 5-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti