...

Sadiq abunəçilərə 4 qat sürətli internet

Telekommunikasiya Materials 19 May 2016 20:31 (UTC +04:00)
Ailə NET sadiq abunəçilərini sevindirmək məqsədilə yeni kampaniyaya start verir.
Sadiq abunəçilərə 4 qat sürətli internet

Bakı. Trend:

Ailə NET sadiq abunəçilərini sevindirmək məqsədilə yeni kampaniyaya start verir.

İndi sadiq Ailə NET abunəçiləri 3 aylıq abunə haqqını öncədən ödəyərək 8 Mbit/s əvəzinə 4 qat daha sürətli - 30 Mbit/s internet əldə edəcəklər.

4 qat sürətli internet yay boyu qüvvədə olacaq. Beləliklə, kampaniyaya daha tez qoşulan abunəçi daha çox 4 qat sürətli internetdən istifadə edə biləcək.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber-optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

4 qat sürətli internet kampaniyasından yalnız 31.12.2015 tarixinədək Ailə NET-ə qoşulan və hazırda xidmətdən istifadə edən abunəçilər faydalana bilər.

Bu kampaniya 6+1 və 12+2 kampaniyaları ilə üst-üstə gəlmir.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti