...

“Bakutel-2017” çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Telekommunikasiya Materials 30 Noyabr 2017 18:39 (UTC +04:00)
Forum 7 dekabr 2017-ci il tarixində “İnnovasiya və Tərəqqinin Açarı İnternet” devizi altında təşkil olunacaq.
“Bakutel-2017” çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universiteti ilə birgə XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, forum 7 dekabr 2017-ci il tarixində “İnnovasiya və Tərəqqinin Açarı İnternet” devizi altında təşkil olunacaq.

Tədbirin keçirilməsində əsas məqsəd innovativ, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafının stimullaşdırılması, elektron iştirak və Açıq Hökumət üzrə Azərbaycanın potensialının artırılmasına töhfə verməkdir. Eyni zamanda İKT sektorunun yerli təmsilçilərini beynəlxalq mütəxəssislərlə görüşdürmək, təcrübə mübadiləsi və birgə səmərəli əməkdaşlığa təşviq etməkdir.

Tədbirdə müxtəlif ölkələrdən hökumət, biznes, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək. İnternetlə bağlı aktual məsələlər və perspektivlər müzakirə ediləcək.

“V Regional İnternet İdarəçilik Forumu Azərbaycan”da (RİFAZ 2017) iştirak üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün http://www.rigf.az saytına keçid edə bilərsiniz. Məlumat üçün bildirək ki, sayt bu il texniki standartlara uyğun olaraq yenilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti