...

Barama məktəblilər üçün yeni layihəyə başlayır (FOTO)

Telekommunikasiya Materials 22 Dekabr 2017 14:15 (UTC +04:00)

Bakı. Trend:

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə məktəblilərin inkişafına yönəlik daha bir layihənin icrasına başlayır.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Yeni layihə “Azərbaycan Britaniya Kolleci” ilə birlikdə həyata keçiriləcək. 21 dekabr tarixində Azercell və “Azərbaycan Britaniya Kolleci” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olunacaq. “Sahibkarlıq məktəbi”, “İT məktəb” və “İT Media” adlı 3 hissədən ibarət olan proqramda sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparılması nəzərdə tutulur.

Bundan əlavə, şagirdlərə məktəbdən real biznes aləminə daxil olanadək dəstəyin göstərilməsi, praktiki seminarların aparılması, yay-qış məktəbi proqramlarının, məktəblilər arasında Hackaton yarışmalarının təşkili və İT üzrə Olimpiadalara hazırlıq kurslarında məktəblilərin iştirakı da proqrama daxildir. Onu da qeyd edək ki, əməkdaşlıq çərçivəsində məktəbdə şagirdlər üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisi açılacaq.

Nəzərinizə çatdıraq ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir müddət əvvəl məktəblilər üçün daha bir layihə həyata keçirdi. “Coding Kids – Summer IT School” adlı layihə çərçivəsində uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək məqsədilə yaradılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti