Bakı. İlkin Şəfiyev - Trend:
Türkmənistan "Şimal-Cənub" layihəsinə qoşulmaq üçün danışıqlara açıqdır.
Trend-in məlumatına görə, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev deyib.
Səfirin sözlərinə görə, iki ölkə Asiya və Avropanı birləşdirmək üçün potensiala malikdir.
Diplomat deyib: "Türkmənistanda "Şimal-Cənub" layihəsinə qoşulmaq üçün bütün lazimi infrastruktur var. Türkmənbaşı şəhərində beynəlxalq dəniz limanının tikintisi artıq başa çatır".