...

Paytaxtın iki ərazisində hərəkət məhdudlaşdırılır

Telekommunikasiya Materials 21 May 2018 11:54 (UTC +04:00)
Paytaxtın iki ərazisində hərəkət qismən məhdudlaşdırılır
Paytaxtın iki ərazisində hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır. Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti