...

İsrail səfiri "Azercell"in Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib (FOTO)

Telekommunikasiya Materials 31 May 2018 17:25 (UTC +04:00)
“Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub.
İsrail səfiri "Azercell"in Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib (FOTO)

Bakı. Trend:

“Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, İsrailin Azərbaycandakı səfiri Dan Stav Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin strategiyası, hədəfləri və maraqları barədə daha ətraflı məlumat əldə etmək üçün mərkəzdə qonaq olub. İsrail XİN-nin gənc diplomatları - Hila Rouzfeldin, Mayk Driquezin, Azercell-in Strategiya və İnnovasiya şöbəsinin və Barama Mərkəzinin rəhbəri İmran Bağırovun, şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın, PAŞA Bankın Dayanıqlı İnkişaf Məsələləri üzrə aparıcı meneceri Ceyhun Atayevin və digər Azercell nümayəndələrinin iştirak etdiyi görüşdə startaplarla İsrail şirkətləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. İsrail rəsmiləri korporativ sosial məsuliyyət və innovativ həllər sahələrində Barama mərkəzi ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər. Səfir D.Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini və yerli startaplara dəstəyin yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bütün istiqamətlərdə Azərbaycan və İsrail arasında əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, gələcəkdə qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün çalışacağını bildirib.

Öz növbəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin gələcək fəaliyyəti, yaxın vaxtlarda həyata keçirəcəyi beynəlxalq layihələri haqqında qonaqlara məlumat verib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək və qoruyub saxlamaq üçün yaradılıb. Əsas məqsədi startupların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdə olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. 9 il ərzində Baramada 80-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 20-si hazırda müstəqil şirkətlərdir. Hər il mərkəz Hackathon, Barama Yeniyetmələr Akademiyası - İT Məktəbi, Mentorlarla Səhər yeməyi, Stupid Idea Day və s. kimi 50-dən çox tədbir təşkil edir. Barama Mərkəzənin hal hazırda həm Bakı həm də bölgələrdə 5 fiziki ofisi var: Baş Ofis, Bakı Dövlət Universiteti, Baku ABC School, Gəncədə Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti