...

"Teleradio" İB-də YENİ TƏYİNAT

Telekommunikasiya Materials 17 Avqust 2018 13:35 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

İlham Əfəndiyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin baş direktor müavini təyin olunub.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

İ.Əfəndiyev bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.

Qeyd edək ki, "Teleradio" İB DVB-T/T2 standartında yerüstü rəqəmsal yayım, DVB-S peyk yayımı, radio və peyk rabitəsini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti