"Azercell"in dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib

"Azercell"in dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib

Bakı. Trend:

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb.

“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, 2018-ci ildə ölkəmizdə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi “Onbranch” startapı ilə birlikdə mərkəz “Seedstars Sammiti”ndə iştirak edib.

İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə 75 ölkədən startap komandaları, hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin nüfuzlu şirkətlərin mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən sammitdə Afrika, Latin Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap layihəsi 500,000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparıb. Nəticədə Argentinanı təmsil edən “Blended” startapı “Seedstars Sammiti”nin qalibi seçilib.

Məlumat üçün bildirək ki, “Seedstars World" regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Ölkənin ilk biznes inkubatoru olan mərkəz startapların inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan vəsaitlər, resurslar və biliklərlə təmin edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində (FOTO)
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində (FOTO)
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Loading Bars
Xəbər lenti
Kanadada təyyarə qəzaya uğrayıb
"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
Moskvada koronavirusdan daha 18 nəfər ölüb
Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb
Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək
Silahlılar Konqonun ikinci böyük şəhəri üzərində nəzarət yaratmağa çalışıblar
Suriyada partlayış baş verib, 7 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 274 min nəfəri ötüb
Ermənistanın işğalçılıq siyasəti, terrorizmə dəstəyi “Hədəf”də müzakirə olunub
İstanbulda meşə yanğını baş verib
Pakistanlı deputat: Ermənistanın etno-faşizmi regional stabilliyə təhlükə törədir
Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb (FOTO/VİDEO)
Dünyanın ən "çirkin" təyyarəsinin adı açıqlanıb
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
Abşeronda evdə yanğın baş verib
"Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi" layihəsi uğurla başa çatıb (FOTO)
Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir (FOTO)
Akif Qurbanov: Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma arta bilər (VİDEO)
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
Deputat: Prezident İlham Əliyev BMT-də bir daha Ermənistanın işğalçılıq və müharibə planlarını ifşa etdi
Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Nazirlik regionlarda ictimai nəqliyyatda təmassız ödənişin tətbiqi barədə
Qlobal çağırışlar və Azərbaycanın baxış bucağı
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
Rusiyanın koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək
10 şagirddə koronavirus aşkarlandı
Mingəçevir Dövlət Universitetində turizm sahəsi üzrə kadr hazırlığına həsr olunan birgə layihəyə start verilib (FOTO)
Bakıda yol qəzası olub, nəqliyyatın hərəkətində sıxlıq var (FOTO)
Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)
Külli miqdarda narkotikin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alındı (VİDEO)
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
İranda 3,2 min nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb
Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı
“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirilir (FOTO/VİDEO)
I Divizionda ilk turun oyun cədvəli açıqlanıb
Ceyhun Bayramov Ukraynaya başsağlığı verib
Livanın Baş naziri istefa verdi
Koronavirus vaksini dayanıqlı immun reaksiyası nümayiş etdirib
“Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyasında Paşinyanın cəfəng bəyanatlarını qətiyyətlə rədd edib
İrandan Azərbaycana narkotik keçirən dəstə saxlanılıb (FOTO)
Quş əti diyetik və faydalıdır
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu hərbi hissələrdə olublar (FOTO)
Deputat: Paşinyan BMT-dəki çıxışında özünü ifşa etdi
XİN-in həbsdə olan daha bir sabiq əməkdaşı ev dustaqlığına buraxıldı
Paytaxtda karantini pozan restoranın 3 işçisi və 5 müştəri cərimələndi
XİN-in sabiq şöbə rəisi Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır
Könül Nurullayeva: Nizami rayon sakinlərini narahat edən sosial problemlər tərəfimizdən nəzarətə götürülüb (FOTO)
İstirahət gününün havası açıqlanıb
Türkiyə hökuməti: Paşinyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır (FOTOFAKT)
Şamaxının 97 faizi qazlaşdırılıb
Azərbaycandan Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı müzakirə edilib
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Ermənistanda son sutkada 429 nəfər koronavirusa yoluxub
Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır
İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?
Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır
“Aqroservis” gübrənin satış qiymətini ucuzlaşdırıb
Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva
Aydın Quliyev: Təkmilləşdirilmiş BMT sisteminə böyük ehtiyac var
552 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq
“Abituriyent” jurnalının 8-ci nömrəsi çapdan çıxıb
Bu yolda hərəkət məhdudlaşdırılır
Azərbaycanda əhali pullarını daha çox hara xərcləyib?
Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 48 dəfə pozub
Ağdaşda 6 otaqlı ev yanıb
XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib
Bakının küçələri yenidən dezinfeksiya edildi (FOTO)
Kolumbiyada koronavirusdan ölənlərin sayı 25 min nəfəri ötdü
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
Qazaxıstanda koronavirusa daha 69 nəfər yoluxub
Braziliyada koronavirusdan ölənlərin sayı 140 min nəfəri ötüb
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində (FOTO)
Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb
Fransa və ABŞ-ın iki gəmisi Qara dənizi tərk edib
Moskvada koronavirusdan daha 17 nəfər ölüb
Ərdoğan və Dodon əməkdaşlığı müzakirə ediblər
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötdü
Yaponiyada sahillərində 5,1 bal gücündə zəlzələ olub
Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb (VİDEO) (ƏLAVƏ OLUNUB 3)
Ermənistanda müxalifət lideri Qagik Tsarukyan həbs olunub
Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
"Formula-1"də daha 7 nəfərdə koronavirus aşkarlanıb
Ucarda yük avtomobili yanıb
ÜST koronavirusdan ölənlərin sayının 2 milyona çatacağını istisna etməyib
"TRT World" Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı (VİDEO)
“Boeing 737 MAX” bu ilin sonunadək uçuşlarını bərpa edə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 273 min nəfəri ötüb
SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz
Bütün xəbərlər