...

"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir

Telekommunikasiya Materials 4 Yanvar 2021 17:47 (UTC +04:00)
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

2020-ci ilin dekabrında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı noyabr ayı ilə müqayisədə 1,4 faiz artıb.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,69 faiz təşkil edib.

“Safari” brauzerinin dekabr ayında payı noyabrla müqayisədə 0,05 faiz artaraq 10,48 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,02 faiz artaraq 5 faizə bərabər olub.

Eyni zamanda, dekabr ayında “Opera” brauzerinin internet bazarında payı 0,57 faiz azalaraq 3,26 faiz təşkil edib.

“Yandex Browser” və “Mozilla Firefox” brauzerlərinin payı müvafiq olaraq 1,32 faiz və 0,2 faiz azalaraq 0,22 faiz və 0,75 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti