Bakı. Trend:
"Samsung" şirkəti bir neçə il ərzində öz smartfonlarını "Android"dən "Fuchsia" əməliyyat sisteminə keçirəcək.
Trend-in məlumatına görə, bunu özünün "Twitter" səhifəsində tanınmış insayder Dohen Kim yazıb.
D.Kimin sözlərinə görə, Koreya şirkəti öz cihazlarında tədricən "Android"dən imtina edəcək və əməliyyat sistemin əvəzləyəcək. Hazırda bütün "Samsung" smartfonları "Google"un müəyyən versiyalı əməliyyat sistemindən istifadə edir.
"Samsung"un keçəcəyi "Fuchsia" əməliyyat sistemi də "Google"a məxsusdur. Mütəxəssisin koporasiyanın əməliyyat sistemi üzrə planlarına dair hesabatını digər tanınmış insayder "Ice Universe" də təsdiq edib.
Dohen Kim "Samsung"un yeni əməliyyat sisteminə keçməsinin səbəbini açıqlamayıb. Lakin o istifadəçiləri yeni əməliyyat sisteminə keçidin mərhələli şəkildə və bir neçə il ərzində baş tutacağı sözləri ilə sakitləşdirib.