Bakı. Trend:
"eGov"un formalaşdırılmasında işlər sürətlə gedir.
Trend xəbər verir ki, bunu bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür.
“Bizim üçün üç ay vaxt verilmişdi. Ancaq biz düşünürük ki, biz bu işi vaxtından tez edəcəyik”, - deyə sədr müavini bildirib.
Xatırladaq ki, eGov ASAN-dan alınaraq RİNN-in İRİA qurumuna verildiyindən hazırda burada təhvil-təslim prosesi və Agentliyin yenidən formalaşdırılması prosesi gedir.