...

"IT Hub Azerbaijan" layihəsi çərçivəsində bölgələrdən 100 tələbəyə təlim keçirilib

Telekommunikasiya Materials 2 Aprel 2024 15:15 (UTC +04:00)
"IT Hub Azerbaijan" layihəsi çərçivəsində bölgələrdən 100 tələbəyə təlim keçirilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"IT Hub Azerbaijan" layihəsi çərçivəsində Azərbaycanın bölgələrindən 100 tələbəyə təlim keçirilib.

Trend xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "IT Hub Azerbaijan" layihəsinin bağlanış mərasimində deyib.

""IT Hub Azerbaijan" layihəsi çərçivəsində bölgələrdən, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan və Naxçıvan Muxtar Respublikasından 100 tələbəyə təlim keçirilib", - o deyib.

Qeyd edək ki, "IT Hub: Azərbaycanın informasiya-kommunikasiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi" (IT Hub Azerbaijan) layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, "StrategEast" şirkəti və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihənin hədəfi Azərbaycanın bölgələrində İKT sahəsinin inkişafına dəstək, bu sahədə ixtisaslaşmış kadrların əmək məşğulluğu və hazırlığından ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti