...

RABİTƏ NAZİRLİYİ AZƏRBAYCANDA TEXNOPARKLARIN YARADILMASI ÜZRƏ ŞƏRAİTİ ÖYRƏNİR

Telekommunikasiya Materials 24 İyun 2005 14:17 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda texnoparkların yaradılması üçün şəraiti öyrənir. Nazirliyin Strateji planlaşdırma və elmi potensial bölməsinin rəisi Rüfət Gülməmmədovun Trend ə bildirdiyinə görə, hazırda xarici auditor şirkətləri ilə həmin istiqamətdə iş aparılır.

Bundan əlavə, biz texnoparkın biznes planının yaradılması üzrə Türkiyə, Çin, Böyükbritaniya və digər ölkələrin şirkətlərindən təkliflər almışıq",- deyə nazirliyin nümayədəsi vurğulayıb.

Biznes-planın yaradılmasından və maraqlı tərəflərin təkliflərinin nəzərdən keçirilməsindən sonra müvafiq sənədlər yekun qərarın çıxarılması üçün hökumətə təqdim olunacaq.

Bundan əlavə, Rabitə Nazirliyinin İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Əflatun Məmmədov bundan əvvəl bildirmişdir ki, nazirlik texnoparkların yaradılması üzrə yeni qanun layihəsi üzərində işləyir.

Hazırda layihənin gerçəkləşdirilməsi üçün tələb olunan məbləğ müəyyənləşdirilməyib və əməkdaşlığın gedişatında müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti