...

ƏLİ-BAYRAMLI VƏ QUBADA EFİRƏ RADİONƏZARƏT ÜZRƏ MƏNTƏQƏLƏRİN TİKİNTİSİLƏ BAĞLI İŞLƏR BAŞA ÇATIR

Telekommunikasiya Materials 28 İyun 2005 15:45

Trend-i buradan izləyin

Əli-Bayramlı və Qubada efirə radionəzarət məntəqələrinin tikintisi üzrə işlər başa çatır. Rabitə və informasiya texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər üzrə İdarədən (DRİ) "Tpend" ə verilən məlumata görə, yuxarıda göstərilən obyektlərdə tikinti-quraşdırma işləri son mərhələdədir. "Çox güman ki, məntəqələr artıq avqust ayında təhvil veriləcəklər", - deyə DRİ-dən bildiriblər.

Efirə radionəzarət üzrə məntəqənin qurulması üçün lazım olan bütün avadanlıqlar Yaponiyanın AOR firmasından alınıb. Həmin avadanlıqlar arasında efirə nəzarət üzrə radioqəbuledicilər, ötürücülər var ki, tikinti işləri başa çatdıqdan sonra onların quraşdırılması planlaşdırılıb.

DRİ-dən həmçinin bildiriblər ki, Bakının Sahil qəsəbəsindəki efirə radionəzarət üzrə 3-cü məntəqənin sentyabrın sonlarıvda təhvil verilməsi planlaşdırılıb.

Artıq bu məntəqələrin əməkdaşlarının tərkibi təsdiq edilib və hazırda onlarla DRİ-də müvafiq təlimlər aparılır.

Bakıda, Əli-Bayramlıda və Qubada efirə radionəzarət üzrə məntəqələrin tikintisi üzrə layihə smeta sənədləri cari ilin mart ayında təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti