...

RABİTƏ NAZİRLİYİ BİRİNCİ YARIMİLDƏ İSTİSMARA 57 MİNDƏN ÇOX NÖMRƏ VERİB

Telekommunikasiya Materials 8 İyul 2005 12:19 (UTC +04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın rabitə və informasiya nazirliyində respublika üzrə 57,124 min telefon nömrəsi istismara verilib.

Rabitə nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsindən Trend agentliyinə verilən məlumata əsasən, 25764 nömrə Aztelecom İB, 31360 nömrə isə Bakı Telefon rabitəsi İB-in payına düşür.

Rabitə nazirliyində həmçinin onu da bildiriblər ki, bu dövr ərzində həm paytaxtda, həm də ölkənin regionlarında yeni telefon stansiyalarının istismara verilməsi üzrə tədbirlər həyata keçirilib. Xüsusilə, cari həftətədə təxminən 50 obyektin açılması nəzərdə tutulub və onların böyük hissəsi hazırda istismara verilib.

Xəbər lenti

Xəbər lenti