...

OPIC CATEL-Ə AZƏRBAYCANIN REGİONLARINDA SİMSİZ RABİTƏNİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN VƏSAİT AYIRIB

Telekommunikasiya Materials 6 Avqust 2005 12:54 (UTC +04:00)

Amerikanın özəl investisiyalarına dəstəkdə məsul olan ABŞ Overseas Private İnvestment Corporation (OPIC) hökumət agentliyi Catel (Caspian American Telecommunications, LLC) Azərbaycan-Amerikan müştərək müəssisəsinə (MM) $10 mln.ayrılmasını bəyənib.

MM-də Trend agentliyinə bildirilib ki, investisiya Azərbaycanın regionlarında CATEL simsiz telefon rabitəsi şəbəkəsinin genişləndirilməsi üçün nəzərdə tutulub.

Müəssisədə qeyd edilib ki, bu, OPİC -nin ölkədə maliyyələşdirdiyi ilk kommersiya layihəsidir.

" Artıq neçə illər idi ki, Amerikanın Omni Communications, İnc. şirəktinin prezidenti Derya Yavalar ilə investisiya xəttinin açılması üzrə danışıqlar aparılırdı" -deyə MM-də bildirilib.

CATEL MM 1998-ci ildən Azərbaycanda simsiz telefon rabitəsi xidmətləri göstərir.Hazırda CATEL simsiz rabitə xidmətindən Bakıda, Sumqayıtda və Abşeron yarımadasında istifadə olunur.Qeyd edək ki, şirkətin Gəncə və Nabranda da iki stansiyası vardır.

Xəbər lenti

Xəbər lenti