...

AZƏRBAYCANIN POÇT MÜƏSSİSƏLƏRİ "YÜKSƏK KEYFİYYƏTLİ İŞ TƏCRÜBƏSİ" QIZIL MEDALINA LAYİQ GÖRÜLÜB

Telekommunikasiya Materials 9 Avqust 2005 17:18 (UTC +04:00)

Azərbaycanın poçt müəssisələri "Yüksək keyfiyyətli iş təcrübəsi" qızıl medalına layiq görülüb. Azərpoçt dövlət müəssisəsinin baş direktor köməkçisi Elşad Nurəliyevin Trend ə bildirdiyi kimi, ölkənin 3 müəssisəsi - Azərpoçt DM, Gəncə və Kürdəmir poçt idarələri bu mükafata layiq görülüb.

Onun sözlərinə görə, mükafatlar Beynəlxalq Fondun idarə heyəti tərəfindən təsdiq olunub. Dünyanın 75 ölkəsi bu mükafatı əldə etmək iddiasında idi.

Mükafatların təqdimat mərasiminə gəldikdə isə DM nümayəndəsi qeyd edib ki, Azərpoçt DM-in baş direktoru Qəmbər Bəybalayev Fondun dəvəti ilə Cenevrəyə səfər edəcək. O, forumda və mükafatların təqdimat mərasimində iştirak edəcək.

"DM rəhbərinin səfəri sentyabrın 15-16-na planlaşdırılıb", - deyə baş direktorun köməkçisi bildirib.

Xəbər lenti

Xəbər lenti