...

Azərbaycanla İsveç informasiya texnologiyaları universitetinin yaradılması layihəsini hazırlayır

Telekommunikasiya Materials 6 Dekabr 2005 16:22 (UTC +04:00)

Hazırda Azərbaycanda informasiya texnologiyaları universitetinin yaradılması layihəsinin hazırlanması üzrə işlər aparılır. Bu barədə Trend ə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi yanında informasiya və kommunikasiya texnologiyaları mərkəzinin baş direktoru Fikrət Əliyev məlumat verib. Layihənin hazırlanması üzrə işlərin 2-3 ay ərzində başa çatdırılacağı planlaşdırılır.

Onun sözlərinə görə, layihə Azərbaycanla belə bir müəssisənin yaradılması üzrə əməkdaşlıqda maraqlı olan İsveçin İT universitetinin mütəxəssisləri ilə birlikdə hazırlanır (Çalmer) .

Bu dövr ərzində İT universitetinin fəaliyyəti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və bu istiqamətdə əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan mütəxəssislərinin İsveçə səfəri planlaşdırılır.

Azərbaycanda İT universitetinin yaradılmasına dair niyyət protokolu dekabrda ölkənin Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi və İsveçin İT universiteti arasında imzalanıb.

"Protokola əsasən, İsveç tərəfi bu layihəyə qrant ayırmağı planlaşdırır. Qrant vəsaitləri layihənin hazırlanmasından sonra veriləcək", - deyə F.Əliyev sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti