...

Bakıda "Elektron Azərbaycan" proqramı üzrə əlaqələndirmə şurasının iclası keçirilib

Telekommunikasiya Materials 20 Fevral 2006 17:54 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları Nazirliyində 2005-2008-ci illərdə rabitə və informasiya texnologiyalarının inkişafı dövlət proqramı (Elektron Azərbaycan) üzrə əlaqələndirmə şurasının iclası keçirilib. Trend bildirir ki, nazirliyin fevralın 20-də yaydığı məlumatda bu barədə deyilir.

Ölkə prezidentinin sərəncamının birinci bəndinə əsasən rabitə Nazirliyi dövlət proqramının əlaqələndirmə orqanı olaraq təsdiq edilib. Nazirlikdə proqramın icra edilməsi məqsədilə Əlaqələndirmə Şurası yaradılıb, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov sədr təyin edilib.

İclasda İ.Məmmədov iştirakçıları 2003-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi üçün təsdiq olunmuş proqram çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti