...

Naxçıvan MR-də CDMA tətbiq edilib

Telekommunikasiya Materials 3 Mart 2006 20:33 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) CDMA (Code Division Multiple Access -çox çıxışlı kodlaşdırma sistemi) texnologiyası tətbiq edilib. Bu barədə Trend ə NMR-in Bakıdakı nümayəndəliyində bildirilib. Bununla əlaqədar olaraq Naxçıvanda NMR rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, NMR Ali məclisinin sədri Vasif Talıbov və digərlərinin iştirakı ilə mərasim keçirilib.

CDMA xidmətləri NMR-də martın 1-dən tətbiq edilib. Hazırda CDMA stansiyasının əhatə dairəsinə Naxçıvan şəhəri və Babək rayonunun ərazisi daxildir. Sistemin tətbiqi üzrə işlər NMR rabitə Nazirliyi və Çinin Huawei şirkəti arasında imzalanmış müqavilə əsasında həyata keçirilib.

1995-ci ildə ilk dəfə kommersiya məhsulu kimi təqdim olunan CDMA dünyada ən tez yayılan simsiz texnologiyalardan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunications Union) CDMA-nı yeni "üçüncü nəsil" (3G) simsiz sistemi üçün sənaye standartı kimi seçib.

Xəbər lenti

Xəbər lenti