...

Eldar Səlimov: BƏƏ Azərbaycana İKT sahəsində istənilən yardımı göstərməyə hazırdır

Telekommunikasiya Materials 10 May 2006 16:41 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana informasiya-kommunikasiya texnologiyaları sahəsində istənilən yardımı göstərməyə hazırdır. Bu barədə Trend ə Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun BƏƏ-yə mayın 6-7-də gerçəkləşdirdiyi rəsmi səfərini şərh edərkən bildirib.

Dövlət sektorunun inkişafı üzrə nazir Sultan bin Səid əl-Mənsuri ilə görüşdə İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və müvafiq işçi qrupunun yaradılması haqqında razılıq əldə olunub. Azərbaycan mütəxəssisləri BƏƏ-nin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etmək məqsədilə dost ölkəyə səfər edəcək. Nazir İKT sahəsində ixtisaslaşmış Etisalat Universitet Kollecinə baş çəkərək, Azərbaycanda bu sahədə yaradılacaq universitetdən söz açıb. Azərbaycanda texnoparkın yaradılması və gələcək əməkdaşlıq imkanları Dubay texnoparkının və Azad Ticarət Zonasının rəhbəri Salma Hareblə görüşdə müzakirə olunub. O, Azərbaycana istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Qarşılıqlı əməkdaşlıq məsələləri həmçinin Dubay internet şəhərciyinin rəhbəri Camal Abdul Salamla müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti