...

MDB-nin 3Com şirkəti Caspel-i Azərbaycandakı nümayəndəsini elan edib

Telekommunikasiya Materials 16 İyun 2006 12:43 (UTC +04:00)

İyunun 16-da 3Com şirkəti MDB 3Com-un Azərbaycandakı təsdiq edilmiş nümayəndəsinin funksiyalarının Caspel şirkətinə verilməsi barədə elan edib. Trend in xəbər verdiyi kimi, MDB 3Com nümayəndəliyinin başçısı Aleksandr Çub çıxışında bildirib ki, sistemli inteqrator statusunu özündə saxlayan Caspel nümayəndəliyin funksiyalarını yerinə yetirəcək və Azərbaycanda 3Com şirkətinin korporativ satış prosesini inkişaf etdirəcək.

Caspel-in əsas vəzifəsi yerli bazarda 3Com-un qərarlarının yayılması proseslərini idarə etməkdir.

Caspel 7 ildən artıqdır ki, sistemli inteqrasiya və konsaltinq xidmətləri üzrə lokal bazarda fəaliyyət göstərir, layihələrdə 3Com məhsullarının tətbiqində böyük təcrübəyə malikdir. Xüsusi əməkdaşlar qrupu Caspel-də 3Com texnologiyası və qərarlarının yayılması üzrə tərəfdaş şəbəkəsini genişləndirəcək, tərəfdaşlara və əsas istifadəçilərə texniki və marketinq dəstəyi göstərəcək.

Caspel Azərbaycanda məlumatların verilməsi və İnternet xidmətlərinin göstərilməsi üzrə ən iri xidmət operatorlarından biridir. Caspel informasiya texnologiyaları və telekommunikasiya sahəsində sistemli inteqrator kimi fəaliyyət göstərir. Şirkətdə 50-dən çox əməkdaş çalışır. Caspel-in müştəriləri özəl və dövlət şirkətləri, fəaliyyətin müxtəlif sahələrində məşğul olan təşkilatlar - banklar, dövlət və hökumət müəssisələri, istehsalat idarələri, müştərək müəssisələr, nəqliyyat firmaları, təhsil müəssisələri, özəl firmalar və s.-dir.

Xəbər lenti

Xəbər lenti