...

"Elektron sağlamlıq kartı"nın tətbiqi qaydaları təsdiq edilib

Telekommunikasiya Materials 3 İyul 2006 20:12 (UTC +04:00)

Nazirlər Kabineti Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının 7.310-7.3.12-ci bəndlərinin icrasını təmin etmək məqsədilə "Elektron sağlamlıq kartı" sisteminin tətbiqi qaydalarını təsdiqləyib. Bu barədə Trend agentliyi Nazirlər Kabinetinə istinadən xəbər verib.

Qaydalar adıçəkilən proqrama uyğun hazırlanıb və "Elektron sağlamlıq kartı" sistemi və reyestrinin yaradılması qaydalırını da ehtiva edir. Bu sistemin tətbiqi vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və onların sağlamlığı haqqında məlumat bazasının yaradılmasını təmin edir. Karta daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir.

Sistemin tətbiqi üçün tələb olunan xərclər dövlət büdcəsində "Səhiyyə xərcləri" bölməsində nəzərdə tutulmuş vəsaitlər hesabına maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti