...

Azərcell Uruqvayın "CTİ Movil" operatoru ilə rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 26 İyul 2006 12:06 (UTC +04:00)

Azərcell Telecom BM Uruqvayın "CTİ Movil" mobil rabitə operatoru ilə beynəlxalq rouminq sazişi bağlayıb. Trend in şirkətin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, operator adıçəkilən ölkə ilə artıq ikinci dəfədir ki, rouminq tərəfdaşı olur. Azərcell abunəçiləri artıq 2006-cı ildən etibarən bu ölkənin "Antel" şirkəti vasitəsilə danışırlar.

Uruqvayın "CTİ Movil" operatoru ilə yeni rouminq əlaqəsi daimi və etibarlı rabitə imkanı yaradır. "Azərcell Telekom" BM gələcəkdə də bu istiqamətdə səylərini davam etdirəcək. Uruqvay ilə bağlanmış bu saziş həmin ölkəyə səyahət edən şirkət abunəçilərinə dünyanın istənilən nöqtəsi ilə əlaqə yaratmaq imkanı verir.

Qeyd edək ki, bu günə qədər "Azərcell Telekom" BM 127 ölkənin mobil rabitə operatorları ilə 277 rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti