...

Şəki və Yevlaxda teleyayım üzrə tender elan olunub

Telekommunikasiya Materials 11 Avqust 2006 16:11 (UTC +04:00)

Milli Teleradioyayım Şurası "Teleradioyayım haqqında" qanuna əsasən, Şəki və ətraf rayonları əhatə edən 53-cü tezlik və Yevlax və ətraf rayonları əhatə edən 57-ci tezlik üzrə teleyayım üçün tender elan edib.

Trend in xəbər verdiyi kimi, tenderdə iştirak etmək istəyənlər 200 AZN məbləğində pul ödəməli və Şuranın adına müvafiq ərizənin daxil olduğu sənədlər, teleradioyayım kanalının fərqlənmə nişanını (telestudiyanın emblemi), yayım proqramının konsepsiyasını, teleradio verilişlərinin hazırlığı və yayımında istifadə ediləcək əsas texniki qurğu və avadanlıqları, eləcə də kadr hazırlığı haqqında məlumatı təqdim etməlidirlər.

Sənədlər avqustun 15-dən sentyabrın 15-ə qədər Şuranın inzibati binasında qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti