...

Azercell BM yeni stansiyalarının sayını artırır

Telekommunikasiya Materials 4 Dekabr 2006 18:47 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telekom Birgə Müəssisəsi (BM) əhatə dairəsini daha da genişləndirmək, ölkəmizin hər bir guşəsində keyfiyyətli rabitə xidməti göstərmək üçün stansiya quraşdırma strategiyasını uğurla həyata keçirməkdədir.

Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət noyabr ayında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 36 stansiya quraşdırıb. Onlardan 25-i Bakıda, 2-si Qubada, qalan 9 stansiya isə Ağcəbədi, Ağdaş, Cəlilabad, İmişli, Lerik, Abşeron, Qobustan, Saatlı və Tovuz rayonlarının ərazisində yerləşir.

Mobil rabitə operatoru daim artan abunəçilərini ölkəmizin istənilən nöqtəsində keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə öz stansiyalarının sayını durmadan artırır. Belə ki, 2006-cı ilin on bir ayı ərzində ölkənin müxtəlif bölgələrində 306 stansiya quraşdırılıb. Bütövlükdə Azercell Telekom BM bu vaxta qədər 2 rezervləşdirilmiş abunəçi bazası, 12 baza stansiyalarına nəzarətçi sistemi, 15 mobil rabitə kommutasiya mərkəzi və 1056 stansiya quraşdırıb.

Xəbər lenti

Xəbər lenti