...

Aztelekom Masallıda tenderin vaxtını dəyişib

Telekommunikasiya Materials 1 Mart 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı. /müx. Trend S.Babayeva.

Telekommunikasiya Şəbəkəsindən (TKŞ) verilən məlumata görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (ARİTN) Aztelekom İstehsalat Birliyinin Masallı TKŞ Şərəf və Köhnə Əlvədi kəndlərində mərkəzi ATS-in tam şəkildə yenidən qurulması üçün tenderin vaxtını dəyişib. Vaxtın dəyişdirilməsinə səbəb tenderə təkcə 2 iddiaçının ərizə verməsidir, qanuna əsasən isə bu halda tender baş tutmamış hesab olunur. Beləliklə, tender təklifləri olan paketlərin açılması aprelin 6-da keçiriləcək, tenderdə marağı olan şəxslərin təklifləri isə aprelin 5-dək qəbul olunacaq. Tenderdə iştirakın dəyəri 3 min manat təşkil edir. ARİTN ölkənin bütün regionlarında mərhələli şəkildə analoji tədbirlər keçirəcək.

RİT-nın inkişafı üzrə dövlət proqramına əsasən Azərbaycanda 2008-ci ilin sonunadək ən ucqar dağ kəndləri də daxil olmaqla bütün regionlar telefonlaşdırılacaq.

Bu gün ölkənin telefon şəbəkəsində elektron ATS -lərin payı 70, paytaxt üzrə 80, digər region və yerlər üzrə 60 faizi ötür.

Xəbər lenti

Xəbər lenti