Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Aprel ayında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi regional innovasiya zonasının yaradılması layihəsinin baxılmasına başlamaq niyyətindədir.
Bu layihə Booz Allen Hamilton şirkəti tərəfindən hazırlanıb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Bu layihəyə əsasən, Azərbaycanda respublika regionlarının investiya cəhətdən cəlbediciliyini artırmaq nəzərdə tutulub. Bunun üçün bütün ölkə ərazisində cəlbedici bazar sahəsinin yaradılması nəzərdə tutulur, deyə nazir qeyd edib.
Bu layihənin həyata keçirilməsi payızda başlanıla bilər.