...

Azercell Qambiya ilə ilk rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 5 Aprel 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Baba / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM Qambiyanın Africell operatoru ilə rouminq sazişi imzalayıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Növbəti rouminq sazişi isə Polşanın P4 (beynəlxalq birtərəfli rouminq rabitə xidməti) operatoru ilə imzalanıb. Müvafiq saziş bu ölkənin operatorları ilə imzalanmış sayca dördüncüdür. Hazırda Azercell abonentləri Polkomtel, Era və Centertel operaları ilə olan saziş üzrə xidmətlərdən istifadə edirlər.

Bu günə Azercell dünyanın 137 ölkəsi ilə 321 rouminq müqaviləsi imzalayıb. Şirkətin abonentlərinin sayı 2,4 mln nəfərdən artıqdır. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir.

Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti