...

Azərbaycanın rabitə naziri: Telefon danışıqlarına görə abunə haqqının artırılması vacib layihələrin reallaşdırılmasına şərait yaradır (video)

Telekommunikasiya Materials 17 May 2007 17:47 (UTC +04:00)
Azərbaycanın rabitə naziri: Telefon danışıqlarına görə abunə haqqının artırılması vacib layihələrin reallaşdırılmasına şərait yaradır (video)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə axşamı bəyan edib ki, Tarif Şurasının yerli danışıqlara görə tariflərin artırılması haqqında qərarı ilə razıdır, belə ki, abunə haqqının artırılması əlavə investisiyalar üçün şərait yaradan layihələrin reallaşdırımasına imkan verəcək.

İyunun 1-dən telefon danışıqlarına görə aylıq abunə haqqı hazırki 0,7 manatdan 2 manatadək artırılıb. Bunun əvəzində respublika daxilində beynəlxalq danışıqlara görə ödəmə bir dəqiqəyə görə 0,09 manatdan 0,07 manatadək aşağı salınacaq. Abunəçilərin bütün katerqoriyaları üçün beynəlxalq telefon danışıqları tarifləri də aşağı salınıb.

"Abunə haqqının maya dəyəri bizə üç manata başa gəlir, lakin biz iki manatla kifayətlənəcəyik", deyə nazir bildirib.

Abbasov qeyd edib ki, abunə haqqının artırılmasına baxmayaraq, nazirliyin əsas məsrəfləri beynəlxalq gəlirlər hesabına ödəniləcək.

O qeyd edib ki, yerli danışıqlara limitin tətbiqi haqqında nazirliyin təklifləri qüvvədə qalır və Azərbaycan əhalisi bu dəyişikliklərə hazır olan kimi nazirlik yenidən bu təkliflərlə çıxış edəcək.

Fevralda Rabitə Nazirliyi Tarif Şurasına abunə haqqını müddət bitdikdən sonra abunəçinin hər dəqiqəyə görə ödəməli olacağı 450 dəqiqə pulsuz limitlə artırmağı təklif etmişdi.

Xəbər lenti

Xəbər lenti