...

Azərbaycanda Çovdar mədən-filiz yatağı üzrə tender elan edilib

Tender müsabiqələri Materials 27 Fevral 2012 12:35 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMROC) Çovdar mədən-filiz yatağı üçün iaşə, ev təsərrüfatı, yanacaq, sement və camaşırxana xidmətlərinin göstərilməsinə dair tender elan edib.
Azərbaycanda Çovdar mədən-filiz yatağı üzrə tender elan edilib

Azərbaycan, Bakı, 27 fevral / Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMROC) Çovdar mədən-filiz yatağı üçün iaşə, ev təsərrüfatı, yanacaq, sement və camaşırxana xidmətlərinin göstərilməsinə dair tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının bazar ertəsi dərc olunmuş məlumatında deyilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və müvafiq sahədə ixtisaslaşan, eləcə də AR ilə diplomatik münasibətləri olan digər ölkələrin qanunvericiliyinə əsasən yaradılmış və müvafiq sahədə ixtisaslaşan hüquqi şəxslər tenderdə iştirak etmək üçün müraciət edə bilərlər.

AIMROC-un mərkəzi ofisinə tender təkliflərinin təqdim olunmasının son müddəti cari il 2 mart saat 12:00-dır. Maraqlı şəxslər şirkətə aşağıdakı ünvanla müraciət edə bilərlər: Bakı şəhəri, Tbilisi prospekti, 49/с, Chiraq Plaza, 5-ci mərtəbə, Tel.: (+994 12) 499 - 72 -26/27/28.

Azerbaijan International Mineral Resources Operating Co.Ltd-dən (AIMROC) Qaradaq, Çovdar, Göydağ və Daşkəsən filis sahələri, Köhnəmədən sahəsinin işlənməsi layihələrinin reallaşdırılması üzrə əldə olunacaq gəlirlərin 30 faizini əldə edəcəyini gözləyirlər. Onlardan yalnız sonuncu yataqda 200-dən 1000 kiloqramadək qızıl ola bilər ki, onun hasilatı mürəkkəb texniki avadanlıqların olmasını tələb etmir.

Xəbər lenti

Xəbər lenti