...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iqtisadi rayonun inkişafı üzrə tenderin vaxtını uzadıb

Tender müsabiqələri Materials 5 İyul 2012 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dağlıq Şirvan iqtisadi rayonunun regional planlaşdırma sxeminin hazırlanması üzrə tender prosedurunu uzadıb.

Trend-in məlumatına görə, tender təkliflərinin açılması iyulun 11-dən avqustun 8-nə keçirilib. Tenderdə iştirak haqqı 100 manatdır.

Komitənin bir müddət əvvəl elan etdiyi tender çərçivəsində iştirak haqqında ərizələr və digər sənədlər 2 iyul saat 16:00-dək təqdim edilməli idi, lakin bu tarix 27 iyul saat 16:00-a keçirilib. Tender təklifləri isə 10 iyul saat 16:00-dək təqdim edilməli idi. Bu tarix 7 avqust saat 16:00-a keçirilib.

Lazımi sənədləri aşağıdakı ünvan üzrə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etmək lazımdır: Bakı şəhəri, Füzuli küçəsi, 65. Əlaqələndirici şəxs: T.Əliyev. Telefon: 595-89-27 (232).

Xəbər lenti

Xəbər lenti