...

"Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb

Tender müsabiqələri Materials 24 Oktyabr 2019 13:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb.
"Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb.

Belə ki, ilkin sənədlər toplusu 3 noyabr 2019-cu il saat 18:00, tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 7 noyabr 2019-cu il saat 18.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. 8 noyabr 2019 17:00-da isə tender təklifi zərflərinin açılışı olacaqdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti