...

MİDA Hövsanda poliklinika tikir

Tender müsabiqələri Materials 23 Dekabr 2020 13:46 (UTC +04:00)
MİDA Hövsanda poliklinika tikir

Bakı. Zeyni Cəfərov - Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə "Azİnvest İnşaat" QSC arasında 224 min manatdan çox məbləğdə müqavilə imzalanıb.

Trend bu barədə “Elektron satınalmalar” portalına istinadən məlumat verir.

Məlumata əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin elan etdiyi Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayış kompleksində poliklinika binasının tikintisi üçün əlavə işlərin cəlb edilməsi üzrə tenderin qalibi müəyyən edilib:

“Tender komissiyasının qərarı ilə "Azİnvest İnşaat" QSC qalib elan edilib. Şirkətlə 224,3 min manat məbləğində müqavilə imzalanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti