Bakı. Trend:
Şəki rayonunda Cəyirliarx kanalının yenidən qurulması işləri aparılacaq.
Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Məlumata görə, kanalın yenidən qurulması işləri rayon kəndlərinin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “Providense Doyç” MMC-yə həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 3.568.811,01 AZN (3 milyon 568 min 811 manat 1 qəpik) ödəniləcək.\
Eyni zamanda Şamaxıda Mərzəndiyə kanalının da təmiri işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Şamaxı Suvarma Sistemləri İdarəsi hazırlıqlara başlayıb.
Belə ki, torpaq məcralı Mərzəndiyə kanalının (PK00+00-PK10+00, L=1.070 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını "AZTİKİNTİSERVİS" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 136.593,11 AZN (136 min 593 manat 11 qəpik) olan müqavilə bağlayıb.