...

Ashgabattimes portalında Azərbaycanın turizm potensialı haqqında məqalə dərc edilib

Turizm Materials 5 Mart 2025 10:03 (UTC +04:00)
Ashgabattimes portalında Azərbaycanın turizm potensialı haqqında məqalə dərc edilib

Bakı. Trend:

Türkmənistanın ashgabattimes.com portalı Azərbaycanın turizm potensialını əks etdirən Azerbaijan.Travel platforması haqqında məqalə dərc edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Türkmən, ingilis və rus dillərində yayımlanmış materialda Azerbaijan.Travel platforması haqqında geniş məlumat verilib. Azərbaycanın turizm imkanları, marşrutları, tarixi, turistik yerləri haqqında informasiya təqdim olunub. Eyni zamanda, ashgabattimes.com portalının baş səhifəsində Azerbaijan.Travel turizm saytının banneri yerləşdirilib və hiperlink olaraq istiqamətləndirilib.

Məqalədə qeyd olunub ki, Azerbaijan.Travel platforması turistlərə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, təbiəti və turistik yerləri haqqında ətraflı məlumatlar təqdim edir. Portalda Bakı şəhərinin unikal memarlığı, tarixi və mədəniyyəti ilə tanıdan "Bakı şəhəri" bölməsi xüsusi diqqət çəkir. İçərişəhər və Qobustan kimi UNESCO Ümumdünya İrsi Siyahısına daxil olan ərazilər, həmçinin Göygöl gölü kimi təbiət inciləri, qış turizmi barədə geniş məlumatlar yer alır. Platformada həmçinin, Lahıc bölgəsində yerli sənətkarlıq və qədim mədəniyyətlə tanış olmaq imkanı da təqdim edilir.

Eyni zamanda materialda bildirilib ki, Azerbaijan.Travel portalı Azərbaycanın digər turistik bölgələri və ənənələrini tanıdan bölmələrlə də zəngindir. Sayt turistlərə səyahət planlaşdırmaq, eləcə də mehmanxanalar, restoranlar və yerli xidmətlər haqqında faydalı imkanlar verir. Bu turizm platforması eyni zamanda, Azərbaycanın təbii və mədəni zənginliklərini tanıtmaqla yanaşı, turistlərin rahat və mükəmməl bir səyahət təcrübəsi yaşaması üçün vacib məlumatlarla təmin edir. Həmçinin, bu platforma Azərbaycanın zəngin ənənələrini və mədəni irsini dünya miqyasında tanıtmağı hədəfləyir.

Bununla yanaşı, məqalədə Türkmənistan vətəndaşlarının Azərbaycana səfər etmə prosesi, o cümlədən Türkmənistandakı Səfirliyimizdən viza almaq və ASAN Viza xidməti vasitəsilə elektron viza əldə etmək imkanları haqqında ətraflı informasiya təqdim olunub.

https://ashgabattimes.com/index.php/en/2025/03/azerbaijan-travel-website-a-unique-guide-for-tourists/

https://ashgabattimes.com/index.php/2025/03/veb-portal-azerbaijan-travel-unikalnyj-putevoditel-dlya-turistov/

https://ashgabattimes.com/index.php/tm/2025/03/azerbaijan-travel-web-portaly-syyahatcylar-ucin-ozbolusly-yolbelet/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti