...

Qərb ölkələri Atlantik okeanında Rusiyanın neft tankerinin hərəkətini izləyir

Turizm Materials 7 Yanvar 2026 07:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya, İrlandiya, ABŞ və Fransa Atlantik okeanında Rusiyanın “Marinera” neft tankerinin hərəkətini izləmək üçün hava vasitələri cəlb edib.

Trend xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, son günlər ərzində İngiltərənin Safolk qraflığında yerləşən Mildenhol aviabazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “P-8” tipli kəşfiyyat təyyarəsi tanker istiqamətində uçuşlar həyata keçirib.

Eyni zamanda, Şotlandiyanın şimal-şərqində yerləşən Lossimut bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı havaya qaldırılıb.

Bildirilir ki, əməliyyata həmçinin Fransa Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsus hava vasitəsi də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti