...

2012-ci ildə azərbaycanlı turistlər üçün yeni istiqamətlər cəlbedici olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 14:05
2011-ci ildə azərbaycanlı turistlərin ənənəvi səfər istiqamətləri yenə də Türkiyə, BƏƏ və Avropa ölkələri olub.
2012-ci ildə azərbaycanlı turistlər üçün yeni istiqamətlər cəlbedici olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir A.Axundov/

2011-ci ildə azərbaycanlı turistlərin ənənəvi səfər istiqamətləri yenə də Türkiyə, BƏƏ və Avropa ölkələri olub. Bu barədə cümə günü Trend-ə Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə həmin dövlətlərlə yanaşı, Asiyanın cənub-şərq ölkələri də populyar olacaq. Bu da "Qatar Airways" şirkəti tərəfindən Doha (Qətər) ilə birbaşa aviareysin açılmasıdır.

"Azərbaycanlı turistlər daha kreativ olublar, onları artıq standart istiqamətlər qane etmir, onlara yeniliklər lazımdir. Qətərə reys azərbaycanlı turistlər üçün yeni marşrutlar açacaq. Əvvəllər bizim turistlərimiz Asiya ölkələrinə çox həvəssiz gedirdilər, çünki çoxlu yer dəyişirdilər və aeroportlarda çox gözləmək məcburiyyətində qalırdılar. İndi isə Dohadan keçməklə Tailand, Malayziya, Sinqapur, Maldiv adaları, Asiyanın istənilən yerinə çatmaq daha asan olacaq. Buna görə də Asiya turistlər üçün daha populyar olacaq" , - Bağırov deyib.

Azərbaycan turistlərinin Asiya ölkələrinə marağının artması, həmçinin Şimali Afrikada kurortların populyarlığının azalması ilə izah edilir.

Ərəb dünyasında nümayiş və etirazların inqilabi dalğası 2010-cu ilin sonunda başlandı. Tunis və Misirdə inqilablar baş verdi, Liviyada vətəndaş müharibəsi, Yəmən, Bəhreyn və Suriyada vətəndaş üsyanları, Əlcəzair, İraq, İordaniya, Mərakeş və Omanda kütləvi etirazlar, Küveyt, Livan, Mavritaniya, Səudiyyə Ərəbistanı, Sudan və Qərbi Saxarada isə daha az əhəmiyyətli etirazlar oldu.

Bağırovun sözlərinə görə, 2011-ci ildə Misirə azsaylı azərbaycanlı turistlər səfər edib.

"2011-ci ildə Misirdə baş verən iğtişaşlar nəticəsində bu ölkədə praktiki olaraq azərbaycanlı turistlər olmayıb, yalnız tək-tük səfərlər qeydə alınıb", - Bağırov vurğulayıb.

Bununla birlikdə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev cümə günü Trend-ə deyib ki, ərəb ölkələrindəki hadisələr ümumilikdə azərbaycanlı turstlərin planlarına böyük təsir etməyib.

"Misirdən başqa ərəb ölklərinə Azərbaycandan böyük turist axını olmayıb, buna görə də bu ölkələrdə siyasi qeyri-sabitlik turistlərimizin xaricə səfərlərinə önəmli təsir göstərməyib" , - İsmiyev bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə daxili turizmdə də bayram günlərinin ölkə daxilində keçirilmə tendensiyası müşahidə edilib, bu da əsasən, daxili turizmin inkişafı ilə bağlıdır.

İsmiyev deyib ki, azərbaycanlı turistlərin səfər coğrafiyası genişlənir.

"Bu il Cənub-Şərqi Asiya, Avropa, Maldiv, Seyşel və s. müxtəlif adalar populyar olacaq", - İsmiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti